Əliyev və Paşinyan görüşəcəklər
Bu gün Vaşinqtonda Sülh Şurasının ilk iclası ABŞ prezidenti Donald Trampın adını daşıyan Donald Tramp Sülh İnstitutunun qərargahında keçiriləcək.
Crossmedia.az bu barədə xəbər verir ki, iclasa bir neçə dövlətin liderlərinin qatılacağı gözlənilir: Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ABŞ-a səfər edəcəyi bilidirilir.
Rusiya Sülh Şurasına qoşulmaq üçün dəvət alıb, lakin hələlik yekun qərar verməyib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Fələstin xalqına dəstək üçün ABŞ-dakı dondurulmuş aktivlərdən 1 milyard dollar bağışlamağa hazır olduğunu açıqlayıb, lakin hələ cavab almayıb.
12:19 19.02.2026
Oxunuş sayı: 439