Bakı neokolonializm mövzusunda beynəlxalq dialoqa ev sahibliyi edir
Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edirlər.
Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərininqanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyəçıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, dünən müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muzeyin təqdimatı keçirilib. Bakı Təşəbbüs Qrupu tərəfindən yaradılan Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilən ilk virtual platforma olacaq.
10:08 19.02.2026
Oxunuş sayı: 503