2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov, ANAMA-da xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partladıb.
Crossmedia.az bu barədə xəbər verir ki,partlayış nəticəsində o, sol qolundan və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov mərkəzi rayon xəstəxanasına təxliyə edilib. Onun vəziyyəti qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.