Aleksandar Vuçiç Azərbaycana səfər edəcək
Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında və ondan əvvəlki bir dövrdə Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, sentyabrda böyük bir konfransda iştirak edəcək.
Vuçiç vurğulayıb ki, Azərbaycan isə, öz növbəsində, Serbiyada keçiriləcək "EXPO 2027"də iştirakını təsdiqləyib.
17:54 15.02.2026
Oxunuş sayı: 573