Vuçiç: Serbiyanın Azərbaycandan öyrənməli olduğu məqamlar çoxdur
Serbiyanın Azərbaycandan öyrənməli olduğu məqamlar çoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, iki ölkənin ikitərəfli münasibətlərinin parlaq gələcəyi var:
"Serbiya və Azərbaycan xalqına bildirmək istəyirəm ki, söhbət apararkən biz müxtəlif mövzulara fərqli bucaqlardan yanaşırıq və fikirlərimizi bir-birimizlə bölüşürük, buna önəm veririk. Bizim ölkəmizin sizdən öyrənməli oıduğu şey çoxdur".
17:50 15.02.2026
Oxunuş sayı: 528