Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhliz və digər mövzularda çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantı üçün Avropa Təhlükəsizlik Gündəliyi kimi" mövzusunda panel müzakirəsində iştirak və çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Ermənistan üçün tranzit məhdudiyyətlərinin aradan qaldırılması, neft məhsulları tədarükünün başlanması və sülh və sabitliyə nail olmaq üçün etimadın artırılması tədbirlərinin davam etdirilməsi daxil olmaqla, Cənubi Qafqazda davamlı sülh üçün Azərbaycanın vizyonunu açıqlayıb.
C.Bayramov Azərbaycanın Orta Dəhlizin daha da asanlaşdırılmasına yönəlmiş genişmiqyaslı investisiyaları və regional tərəfdaşlarla birgə səylərini vurğulayıb.
22:02 13.02.2026
Oxunuş sayı: 537