NATO Bakıda təlim keçdi - TƏCİLİ
Müdafiə Nazirliyi və NATO arasında Bakıda Alyans-ın Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri kurs keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, kurs ərzində "Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili" ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.
14:12 13.02.2026
Oxunuş sayı: 482