Nazir bu vəzifəli şəxsləri işdən çıxartdı
Kənd Təsərrüfatı Nazirliyinin bir sıra Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifəsindən azad edilib.
Crossmedia.az bildirir ki, bu dəyişikliklər Qəbələ, Balakən, Nefçala və Hacıqabul Aqrar İnkişaf Mərkəzlərini əhatə edir.
* Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Əhmədov Rahib Səhrab oğlu vəzifəsindən azad edilib. Onun yerinə Ağayev Namiq Tofiq oğlu direktor əvəzi təyin olunub.
* Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Şərifov Məhəmməd Şirin oğlu işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə Səmədov Elvin Rafiq oğlu gətirilib.
* Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzi: 2024-cü ildən direktor olan Əsədov Elsevər Cəmaləddin oğlu vəzifəsindən azad olunub. Əvəzində Əhmədli Miradil Hacımirələkbər oğlu direktor əvəzi təyin edilib.
Qeyd edək ki, 2025-ci ilin dekabrında mənimsəmə faktına görə, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlu vəzifəsindən azad olunub. O, 2021-ci ildən sözügedən vəzifəni tuturdu. Yeni direktor əvəzi vəzifəsinə Quliyev Elşən Rəsul oğlu təyin edilib.
Bu barədə nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

20:06 12.02.2026
Oxunuş sayı: 693