DİQQƏT: Bunu edən sürücülər CƏRİMƏLƏNƏCƏK
Sürücülər səs siqnalından düzgün istifadə etmədikləri halda cərimələnə bilərlər.
Crossmedia.az xəbər verir ki, avtomobildə səs siqnalından yalnız müəyyən hallarda istifadə etməyə icazə verilir.
Belə ki, yaşayış məntəqələrində bu siqnaldan ancaq yol-nəqliyyat hadisəsinin qarşısını almaq, digər hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar etmək məqsədilə yararlanmaq olar. Yaşayış məntəqəsindən kənarda isə səs siqnalı əsasən ötmə niyyəti barədə digər sürücülərə xəbərdarlıq etmək və hərəkətin təhlükəsizliyini təmin etmək üçün istifadə edilə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə, səs siqnalından əsassız və ya lüzumsuz istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunurlar.
14:08 12.02.2026
Oxunuş sayı: 641