Azərbaycanlı BMT-də yüksək posta təyin olundu - FOTO
Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
Crossmedia.az xəbər verir ki, yeni təyinatla o, regionda qaçqınların müdafiəsi, məcburi köçkünlərin hüquqlarının qorunması və humanitar proqramların icrasına rəhbərlik edəcək.
Qeyd edək ki, BMT QAK dünya üzrə qaçqınların, vətəndaşlığı olmayan şəxslərin və məcburi köçkünlərin müdafiəsi istiqamətində fəaliyyət göstərən əsas beynəlxalq qurumlardan biridir. Mərkəzi Asiya üzrə regional nümayəndəlik isə bölgə ölkələrində humanitar təşəbbüslərin koordinasiyasını həyata keçirir.

13:36 12.02.2026
Oxunuş sayı: 469