Tarixi imza: Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma memorandumu
Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.
Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.
13:05 11.02.2026
Oxunuş sayı: 464