Şəhər əhalisi məhkəmələri başa çatan ermənilərlə bağlı çıxarılan hökmü necə dəyərləndirir? - SORĞU
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması nəticəsində başa çatdı. Belə ki, məhkəmə nəticəsində Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan və David Babayana qəti ömürlük həbs cəzası verilib.
Crossmedia.az olaraq Bakı sakinlərinin məhkəmə hökmünə reaksiyalarını öyrəndik:

Vallah nə deyim? Bizə hər cür zülmü verdilər, torpaqlarımızdan qovdular, indi də həbsdədirlər. Allah böyükdü, cəzalarını çəkəcəklər.

Mən qaziyəm, bu qərara da çox sevinirəm. Allah dövlətimizdən razı olsun.

Ermənilər vaxtilə bizi torpaqlarımızdan qovdu, indi də Bakıdadılar. İsti yerdə oturublar, yeməkləri- içməkləri yanlarındadır. İndi mən vergi ödəyəcəm ki, pulumla bu erməniləri saxlasınlar. Bir məhbusun aylıq xərci 600 manata başa gəlir. Düşünürəm ki, onların hamısını güllələmək lazımdır.

Ədalətli qərardır. Hər biri həbsdə çürüsün, millətimizin başına gətirdikləri bəlaları xatırlayıb peşiman olsunlar. Onlar oradan da pis yerlərə layiqdir.

Mən Qərbi Azərbaycandanam, Göyçə mahalından. Bu qərar ən çox məni sevindirir. Amma kaş daha ağır cezalara məruz qalardılar.
Ayhan
10:35 09.02.2026
Oxunuş sayı: 517