İcma açıqladı: Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması üçün ABŞ-nin dəstəyinə ehtiyac var
Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək".
Crossmedia.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının ABŞ-nin vitse prezidenti Cey Di Vensə ünvanladığı bəyanatda deyilib.
"Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-nin dəstəyinə ehtiyacımız vardır"- bəyanatda qeyd olunub.
Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir", - deyə, qeyd olunub.
00:19 09.02.2026
Oxunuş sayı: 543