Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini Prezident Əbdüllətif Camal Rəşidə təqdim edib.
Crossmedia.az xəbər verir ki, səfir bu barədə "X"dəki hesabında yazıb.
"Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu", - səfir yazıb.
13:45 08.02.2026
Oxunuş sayı: 440