Müəllimi güllələyən şagird HƏBS EDİLDİ
Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird 4 ay müddətə həbs olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.
Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
16:26 07.02.2026
Oxunuş sayı: 1009