TƏCİLİ: Ceyhun Bayramov pakistanlı həmkarı ilə bu məsələni müzakirə etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.
Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkar mövqeyini bir daha vurğulayıb.
Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.(APA)
12:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib.
"Baş nazirin müavini/xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.
16:27 07.02.2026
Oxunuş sayı: 4438