Nazirin səfirlə görüşünə deputatdan maraqlı reaksiya
Azərbaycan və ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoymaqda davam edir. Bu münasibətlər təkcə dövlətlərarası dialoqun deyil, həm də geniş ictimaiyyətin mədəniyyət və yaradıcı sənayelərlə bağlı təcrübələrinin paylaşılmasının əhəmiyyətini göstərir.
Bu kontekstdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo arasında baş tutan görüş, ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın geniş perspektivlərini müzakirə etməyə, həmçinin dövlət tərəfindən yaradıcı sənayelərin inkişafına göstərilən xüsusi diqqəti vurğulamağa imkan yaradıb. Görüşdə, həmçinin bu il Azərbaycanda yeddinci dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə fikir mübadiləsi aparılıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Mən bu əlaqələri olduqca yüksək qiymətləndirirəm. Nəzərə almalıyıq ki, ABŞ da böyük ölkədir və özünəməxsus mədəniyyəti var. Bu iki ölkə arasında olan mədəni əlaqələr olduqca müsbət çox yaxşı bir haldır. Mədəniyyət dedikdə kino, teatr və bir çox anlayışlar nəzərdə tutulur. Buna görə də bu əlaqəni çox müsbət bir hal kimi qəbul edirəm".
13:00 07.02.2026
Oxunuş sayı: 548