Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov və Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin feysbuk hesabında paylaşım edilib.
"Müzakirələr Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafına həsr olunub", - məlumatda bildirilib.
10:31 06.02.2026
Oxunuş sayı: 423