Mirziyoyev: Azərbaycan və Ermənistan liderlərinin sülhə nail olmaq naminə səyləri mükafata layiqdir
Sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.
Crossmedia.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.
"Şeyx Zayedin "İnsan Qardaşlığı Mükafatı"nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir", - deyə bildirən Mirziyoyev qeyd edib ki, uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir:
"Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".(Report)
21:43 04.02.2026
Oxunuş sayı: 376