Rusiyanın taxıl yüklü vaqonları bu gün tranzitlə Azərbaycandan Ermənistana göndərilir
Rusiyadan 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Crossmedia.az xəbər verir ki, yük vaqonları bu gün yola salınacaq.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) taxıl göndərilib.
15:12 04.02.2026
Oxunuş sayı: 570