İlham Əliyev Azərbaycan gənclərinin Vətən müharibəsindəki rolundan bəhs edib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin Vətən müharibəsindəki rolundan bəhs edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət başçısının 2 Fevral - Gənclər Günü ilə bağlı müraciətində qeyd olunub.
"Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil edib. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir", - müraciətdə bildirilib.
10:33 02.02.2026
Oxunuş sayı: 518