WUF13 üzrə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib
2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə effektiv kommunikasiyanın təmin edilməsi məqsədilə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, yanvarın 30-da keçirilmiş sessiya çərçivəsində media qurumlarının nümayəndələrinə WUF13 haqqında ətraflı məlumat təqdim edilməklə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın, Mətbuat Şurasının, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşları ilə fikir mübadiləsi və şəbəkələşmə üçün imkan yaradılıb.






18:12 30.01.2026
Oxunuş sayı: 595