Telefon və internet kimə tabe olacaq? Yeni qərar
Nazirlər kabineti 15 fevral 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"da dəyişiklik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"a uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçirilə bilər.
15:30 29.01.2026
Oxunuş sayı: 593