Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Azərbaycan və İran arasında formalaşmış zəngin tarixi-mədəni əlaqələr, eləcə də xalqlar arasındakı möhkəm bağlar vurğulanıb.
Tərəflər əməkdaşlığın bütün sahələr üzrə daha da genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını bir daha təsdiqləyiblər.
22:23 24.01.2026
Oxunuş sayı: 430