Prezidentdən iki quruma XƏBƏRDARLIQ: “Artıq zamanı çatıb ki...”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Euronews” televiziyasına son müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə yenidən baxacağına ümid etdiyini bildirib.
“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”, - dövlət başçısı vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında bildirib ki, Avropa Parlamentinin siyasi korrupsiyalaşmış deputat şəbəkəsindən ibarət olması sirr deyil.
Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən sonra bu şəbəkə ölkəmizə qarşı qarayaxma kampaniyasını aktivləşdirib:
“Avropa Parlamentində “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv olunmasına dair” 10 mart 2022-ci il, “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı təhdidlərinə dair” 5 oktyabr 2023-cü il, “Azərbaycanda insan hüquqları və Ermənistanla münasibətlərə dair” 24 oktyabr 2024-cü il tarixli, “Erməni əsilli şəxslərlə bağlı saxta məhkəmələrə dair” 13 mart 2025-ci il tarixli, “Azərbaycanda insan hüquqları və siyasi məhbuslara dair” 18 dekabr 2025-ci il tarixli qətnamələr, verilən bəyanatların hər birində ölkəmiz əleyhinə çox saylı qərəzli məlumatlar və açıq çağırışlar yer almaqda idi.
16:31 24.01.2026
Oxunuş sayı: 450