Vahid Cəlalzadə: Ağbənd körpüsü Novruz bayramı ərəfəsində istifadəyə veriləcək
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Ağbənd körpüsünün Novruz bayramı ərəfəsində istifadəyə veriləcəyini deyib.
Crossmedia.az xəbər verir ki, Bakıda mətbuat üçün keçirilən brifinqdə V.Cəlalzadə bildirib ki, orada hazırda dörd zolaqdan ibarət yolun salınması üçün işlər gedir:
"Azərbaycan tərəfi Araz dəhlizində gedən işlərlə bağlı maraqlanır. Orada inşa olunan Ağbənd körpüsü Novruz bayramı ərəfəsində istifadəyə veriləcək".(Report)
20:15 23.01.2026
Oxunuş sayı: 421