Qarabağda qalan ermənilər könüllü şəkildə Ermənistana köçürülüb
Qarabağda yaşayan 10 erməni və milliyyətcə rus olan 1 Ermənistan vətəndaşı könüllü şəkildə Ermənistana köçürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.
Nazir bildirib ki, sözügedən şəxslər Azərbaycan Respublikasında (Qarabağda) yaşadıqları müddətdə Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarına müraciət edərək Ermənistana köçürülmələrini xahiş ediblər.
“Müraciətlər əsasında qeyd olunan şəxslər Ermənistana köçürülüb”, – deyə Torosyan qeyd edib.
Məlumata görə, köçürülmə prosesi tərəflərin müvafiq qurumlarının iştirakı ilə könüllülük prinsipi əsasında həyata keçirilib.
13:32 23.01.2026
Oxunuş sayı: 556