Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? - Deputat
“Azəri” sözünün bizə dəxli yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib.
“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyid münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, - deyə deputat bildirib. (apa)
13:28 23.01.2026
Oxunuş sayı: 524