Azərbaycan "Sülh Şurası"na üzv olmaq üçün 1 milyard dollar ödəyəcək?
Son vaxtlar müzakirə olunan Azərbaycanın “Sülh Şurası”na üzvlüyü ilə bağlı maliyyə məsələlərinə aydınlıq gətirilib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, 1 milyard dollarlıq ödəniş Şuraya üzv olan bütün ölkələr üçün nəzərdə tutulmayıb.
Bildirilir ki, bu məbləğ yalnız “Sülh Şurası”nda daimi üzvlük statusu əldə etmək və iştirak müddətini üç ildən daha uzun saxlamaq niyyətində olan dövlətlər üçün müəyyən edilib.
Qeyd olunur ki, üçillik iştirak formatını seçən üzvlər üçün belə yüksək məbləğdə maliyyə ödənişi tələbi mövcud deyil. Bu kateqoriyaya daxil olan ölkələr Şuranın fəaliyyətində iştirak edə, qərarların formalaşmasında rol ala və əsasən humanitar proseslərə töhfə vermək imkanına malik olurlar.
Məsələ ilə bağlı rəsmi mövqenin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
12:07 23.01.2026
Oxunuş sayı: 533