Yalçın Rəfiyev BMT-nin Bakıdakı müvəqqəti rezident əlaqələndiricisi ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, danışıqlar İ.Qarafuliçin Azərbaycanda müvəqqəti rezident əlaqələndiricisi kimi fəaliyyətinin ilk günlərində baş tutub və nəzakət görüşü xarakteri daşıyıb.
"BMT-nin Azərbaycandakı bütün komandası "WUF13Azerbaijan" və digər mühüm hadisələr ərəfəsində Azərbaycan hökumətinə və xalqına birgə dəstək göstərməyə hazırdır", - paylaşımda qeyd edilib.
20:16 22.01.2026
Oxunuş sayı: 1169