Suriyanın bu addımına ABŞ etiraz etmədi
Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriya hökuməti YPG/SDF nəzarətində olan əraziləri geri almağa nail olub.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Prezident Əhməd əl-Şaraa ABŞ-ni prosesə hərbi və ya açıq siyasi müdaxilə etməməyə sakit diplomatiya yolu ilə inandırıb. Yanvar ayının əvvəlində Dəməşq, Paris və İraqda keçirilən görüşlərdə Suriya rəsmiləri YPG/SDF-yə qarşı mümkün addımlarla bağlı siqnallar veriblər.
Reuters yazır ki, uzun müddət YPG/SDF-nin əsas dəstəkçilərindən biri olan ABŞ bu prosesə etiraz etməyib və daha sonra Suriya dövləti ilə əməkdaşlığa üstünlük verdiyini açıqlayıb. ABŞ-nin Suriyadakı səfiri Tom Barak isə YPG/SDF liderlərinə bildirib ki, Vaşinqtonun maraqları artıq SDF-də deyil, Suriya Prezidenti Əhməd əl-Şaraa ilə əməkdaşlıqda cəmlənib.
Analitiklərin fikrincə, bu yanaşma regionda güc balansının dəyişdiyini və ABŞ-nin Suriyaya dair siyasətində yeni mərhələnin başlandığını göstərir.
15:06 22.01.2026
Oxunuş sayı: 1237