İlham Əliyev və Vladmir Putin MDB sammitində bir araya gəldi
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin MDB sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə məlumat verib.
Peskovun sözlərinə görə, liderlər arasında söhbət Türkmənistanda keçirilən MDB sammiti zamanı baş tutub. O, görüşün rəsmi danışıqlar formatında olmadığını, liderlərin ayaqüstü söhbət etdiyini bildirib.
Söhbətin detalları açıqlanmayıb.
21:58 08.10.2026
Oxunuş sayı: 61