Bu əlamətlər varsa, üzərinizdə cadu ola bilər
Bəzən insanın həyatında elə bir dövr başlayır ki, nə qədər çalışsa da, heç nə əvvəlki kimi getmir. Yuxular dəyişir, evdə qəribə hadisələr baş verir, münasibətlər səbəbsiz gərginləşir və insan bütün bunların arxasında görünməyən bir səbəb axtarmağa başlayır.
Gecələr qəfil oyanmaq və eyni kabusu təkrar-təkrar görmək ən çox diqqət çəkən əlamətlərdən hesab olunur. Xüsusilə yuxuda boğulmaq, qaçmaq, düşmək, qaranlıq bir yerdə qalmaq və ya üzünü seçə bilmədiyiniz bir insan tərəfindən izlənmək kimi səhnələrin təkrarlanması insanlarda narahatlıq yarada bilər.
Evdə səbəbini izah edə bilmədiyiniz qəribə əşyalar tapılırsa, buna da diqqət yetirilir. Qapının qarşısında və ya evin küncündə düyünlənmiş sap, parça, bağlama, kağız və ya mənşəyi bilinməyən əşyanın peyda olması xüsusilə şübhəli görünə bilər.
Bir anda yaxın münasibətlərin pozulması da ən çox danışılan əlamətlərdəndir. Heç bir ciddi səbəb olmadan sevgilinizlə, ailənizlə və ya yaxın dostunuzla aranızda soyuqluq yaranır, əvvəllər yaxşı gedən münasibət qəfil gərginləşirsə, insan bunun səbəbini axtarmağa başlayır.
Daha bir diqqətçəkən məqam evdə ağırlıq hissidir. Otağa daxil olanda səbəbsiz sıxılmaq, gecələr rahat yata bilməmək, tez-tez diksinərək oyanmaq və evdə özünüzü narahat hiss etmək də belə hallarla əlaqələndirilir.
Ardıcıl uğursuzluqlar isə ən çox şübhə yaradan vəziyyətlərdəndir. İşləriniz qəfil tərs getməyə başlayır, planlarınız bir-birinin ardınca pozulur, maddi problemlər və mübahisələr artırsa, insan “niyə hər şey eyni anda dəyişdi?” sualını verməyə başlayır.
Ən maraqlısı isə budur: belə hallarda insanın diqqətini ən çox birdən-birə dəyişən həyat ritmi çəkir. Dünənə qədər normal olan gündəlik həyatınızda eyni anda yuxu, münasibət, əhval və işlə bağlı problemlər yaranıbsa, səbəbi anlamağa çalışmaq vacibdir.
Bəzən insanın hiss etdiyi narahatlıq özü qədər, həmin narahatlığın səbəbini bilməmək də qorxuducu olur. Ona görə də belə əlamətləri görən zaman panikaya düşmək əvəzinə, əvvəlcə real səbəbləri də nəzərdən keçirmək lazımdır.
Zeynəb Həsən
16:15 08.10.2026
Oxunuş sayı: 206