Avstraliyada ilk dəfə suitidə quş qripi aşkarlanıb
Avstraliyada ilk dəfə məməlidə quş qripi aşkarlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cənubi Avstraliyanın Biçport bölgəsində uzunburun xəz suitisində yüksək patogen quş qripi virusu müəyyən edilib.
Hakimiyyət orqanlarının məlumatına görə, suitinin virusa yoluxmuş vəhşi quşlarla və ya çirklənmiş mühitlə təmas nəticəsində yoluxduğu ehtimal edilir. Hadisə ölkədə quş qripinin məməlilərə keçməsi ilə bağlı ilk təsdiqlənmiş hal kimi qiymətləndirilir.
01:20 24.08.2026
Oxunuş sayı: 58