17:43 01.10.2026
Mənsum İbrahimov uzun illərdir muğam sənətinin ənənələrini yaşadır
110
Muğamımızın ecazkar sənətkarı, Xalq artisti Mənsum İbrahimovun bu gün doğum günüdür.
Crossmedia.az xəbər verir ki,Azərbaycan muğam sənətinin inkişafına və dünyada tanıdılmasına böyük töhfələr verən sənətkar özünəməxsus ifa üslubu, zəngin repertuarı və bənzərsiz səs tembri ilə milli musiqi mədəniyyətimizin ən parlaq simalarından biridir.
Mənsum İbrahimov uzun illərdir səhnə fəaliyyətini uğurla davam etdirərək muğam sənətimizin ənənələrini yaşadır və onları gənc nəsillərə ötürür. Onun ifasında səslənən muğam və təsniflər Azərbaycan musiqisinin dərinliyini, zənginliyini və bənzərsiz ruhunu özündə əks etdirir.