Sinqapur ailələrə dəstəyi artırır: doğum səviyyəsi rekord həddə düşdü
Sinqapur hökuməti rekord aşağı doğum səviyyəsi fonunda uşaqlı ailələrə maliyyə və sosial dəstəyi genişləndirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb. Yeni tədbirlər çərçivəsində uşağın doğulması ilə bağlı ödənişlərin artırılması, mövcud müavinət sisteminin yenidən nəzərdən keçirilməsi və uşaqlı ailələr üçün ilk mənzilə çıxışın asanlaşdırılması planlaşdırılır.
Ümumilikdə, dövlət dəstəyinin bir uşaq üçün 55 min ABŞ dollarına qədər ola biləcəyi bildirilir. Sinqapurda 2026-cı ildə doğum səviyyəsi rekord aşağı həddə düşüb. Ölkənin təxminən 6 milyonluq əhalisinin 21 faizinin artıq 65 yaşdan yuxarı olduğu qeyd edilir. Yaşlı əhalinin payının artması ölkədə demoqrafik yükü gücləndirir və əmək bazarı ilə sosial təminat sistemi qarşısında əlavə çağırışlar yaradır.
15:09 26.08.2026
Oxunuş sayı: 49