Bəşəriyyət üçün tarixi dönüş – əhali azalır
Dünyada doğum səviyyəsi tarixdə ilk dəfə əhalinin özünü təkrar istehsalını təmin edən həddən aşağı düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Terra Incognita: The Economics of a Shrinking World” adlı araşdırmada bildirilir.
Tədqiqatçıların qiymətləndirməsinə görə, araşdırılan 236 ölkədən 219-da doğum səviyyəsinin azalması tendensiyası müşahidə olunur. Bu proses əsasən aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə, eləcə də daha az maddi imkanları və təhsil səviyyəsi olan qadınlar arasında qeydə alınır.
Araşdırmada vurğulanır ki, belə bir vəziyyət tarixdə nə müharibələr, nə də pandemiyalar zamanı baş verib.
20:08 25.08.2026
Oxunuş sayı: 44