Hörmüz boğazında tanker insidenti: İran mina partlayışı barədə məlumat yaydı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında tankerin dəniz minasına düşərək partladığını iddia edib. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın boğazın gəmiçilik üçün tam açıq olduğu və beynəlxalq sulardakı bütün dəniz minalarının zərərsizləşdirildiyi barədə bəyanatından sonra diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
İran hərbçilərinin iddiasına görə, tanker naviqasiya sistemlərini söndürüb və icazə verilməyən marşrutla hərəkət edib. SEPAH hadisənin digər təfərrüatları barədə əlavə məlumat açıqlamayıb.
Tramp daha əvvəl Hörmüz boğazının gəmiçilik üçün tam açıq olduğunu və beynəlxalq sulardakı bütün dəniz minalarının zərərsizləşdirildiyini bildirmişdi. İran tərəfinin son açıqlamasının bu bəyanatla ziddiyyət təşkil etdiyi görünür.
16:27 12.10.2026
Oxunuş sayı: 49