"Qarabağ"ın media rəhbəri vəzifəsindən ayrılıb
“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
Crossmedia.az xəbər verir ki, klub bu barədə rəsmi məlumat yayıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Anar Hacıyevin fəaliyyəti dövründə “Qarabağ” iki dəfə Azərbaycan çempionu olub və bir dəfə ölkə kubokunu qazanıb.
Hacıyev komanda ilə birlikdə UEFA Çempionlar Liqasının liqa mərhələsini keçərək pley-offa yüksəlmək, eləcə də UEFA Avropa Liqasının 1/8 final mərhələsində mübarizə aparmaq həyəcanını yaşayıb.
Klubda çalışdığı müddətdə o, nüfuzlu “Johan Cruyff” İnstitutunun diplomunu alıb və Avropa Klublar Birliyinin işçi qrupuna seçilib.
“Qarabağ” Futbol Klubu Anar Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
18:09 12.10.2026
Oxunuş sayı: 54