Ucarda “İkarus” avtobusu alovlandı
Ucar rayonunda hərəkətdə olan sərnişin avtobusu yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “İkarus” markalı sərnişin avtobusu qəfil alışaraq yanıb.
Yanğın səbəbindən Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda nəqliyyatın hərəkəti bərpa edilib.(Apa)
18:17 12.10.2026
Oxunuş sayı: 59