Respublikaçı senator Trampı qanunu pozmaqda ittiham etdi
ABŞ senatoru Tom Tillis prezident Donald Trampın Rusiya ilə dizel yanacağının ABŞ-yə tədarükü barədə razılaşmasının qanunvericiliyə zidd ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Tillis hesab edir ki, Ağ Ev rəhbərinin Rusiya ilə bağladığı razılaşmanın qanun pozuntusu kimi qiymətləndirilməsi üçün ciddi əsaslar var.
“Doğrudan da hesab edirəm ki, prezidentin qanunu pozduğunu söyləmək üçün ciddi əsaslar mövcuddur”, – senator bildirib.
Onun sözlərinə görə, bu razılaşma ABŞ Konqresinin 2022-ci ildə qəbul etdiyi və müəyyən şərtlər yerinə yetirilmədiyi təqdirdə Rusiyadan neft idxalını qadağan edən qanuna zidd ola bilər. Həmin şərtlərə Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması da daxildir.
16:46 12.10.2026
Oxunuş sayı: 46