CROSSMEDIA - Analitik İnformasiya Portalı

Yaxın Şərq

18:41 08.05.2026

İran Çin və Rusiyanın əlində ABŞ-yə qarşı istifadə olunan geosiyasi kartdır - MÜSAHİBƏ

163

- SEPAH 1979-cu ildən sonra qurulan teokratik rejimin bu cür idarəetməsindən sonra ilk dəfədir ki, hakimiyyəti tam şəkildə ələ alıb. Bu gün nə prezidenti, nə parlament sədrini, nə də teokratik sistemin tərkib hissəsi olan mollaları, ayətullahları sayan yoxdur. Artıq ayətullahların səsi belə çıxmır. Çünki onları eşidən, onların fikirləri ilə razılaşan kimsə yoxdur. Ona görə də SEPAH kimi bir güc mərkəzinin bu hakimiyyəti asanlıqla təhvil verəcəyini gözləmək çox çətindir. Nəzərə alsaq ki, ali lider Müctəba Xamenei də ortalıqda yoxdur və onun varlığı, sağlamlığı ilə bağlı fikirlərin yalnız sözdə olaraq cəmiyyətə və dünyaya təqdim olunması dolayısıyla həm də SEPAH-ın mövqeyini gücləndirir. Çünki SEPAH özünün verdiyi fikirləri məhz ali ruhaninin fikirləri kimi təqdim etməklə mövqelərini güclü saxlayır. Ancaq reallıqda bu belə olmaya da bilər. Çünki bir dövlətin prezidentinin, hökumət rəhbərinin Müctəba hakimiyyətə gələndən bəri hələ də onunla görüşə bilməməsi, baxmayaraq ki, dəfələrlə, bir çox suallar yaradır. Bu vəziyyət bərqərar olandan sonra, yəni ABŞ-İran yaxınlaşması sözdə deyil, əməli olaraq mümkün olduğu təqdirdə bu cür qüvvələr balansından, eyni zamanda Çin və Rusiyanın regiondakı təsirinin zəifləməsindən və yaxud güclənməsindən danışmaq olar. Bundan sonra da sanksiyalar ləğv olunmayacaq. Bunun üçün də zamana ehtiyac var. Çünki ABŞ İranın əməli fəaliyyətinə və bu razılaşmadan irəli gələn müddəaların icra edilməsinə baxacaq. Həmçinin nüvə məsələsi ilə bağlı Beynəlxalq Agentlik daimi fəaliyyət göstərəcək və heç bir məhdudiyyət qoyulmadan istənilən vaxt nüvə mərkəzlərini yoxlamaq imkanına malik olmalıdır. Bütün bunlar yerinə yetiriləndən sonra sanksiyaların tədricən ləğvindən söhbət gedə bilər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR