İran ABŞ-yə güzəşt edəcək? – POLİTOLOQ AÇIQLADI

Son vaxtlar ABŞ və İran rəsmiləri arasında keçirilən görüşlər ümidverici bəyanatlarla müşayiət olunsa da, bu danışıqların arxasında daha mürəkkəb məsələlər dayanır. Səslənən müsbət fikirlər əsasən beynəlxalq və daxili auditoriyaya yönəlib. Əslində isə tərəflər arasında dərin fikir ayrılıqları mövcuddur və bu fərqlər danışıqların tez bir zamanda nəticə verməsini çətinləşdirir. Ona görə də, prosesə ehtiyatla və daha ciddi yanaşmaq lazımdır. ABŞ prezidenti Donald Tramp son açıqlamasında İranla nüvə sahəsində razılığa gələ biləcəyini ümid etdiyini bildirib. Maraqlısı budur ki, İran bu məsələdə razılığa gələcəkmi? Razılığın əsas şərtləri nələr ola bilər?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib: "Baxmayaraq ki, ABŞ-İran rəsmilərinin görüşü haqqında hər iki tərəfdən müsbət fikirlər səsləndirilir. Ancaq düşünürəm ki, burda problemlər o qədər də bəsit və rahatlıqla həll olunacaq səviyyədə deyil. Sadəcə bu həm beynəlxalq həm də daxili auditoriya üçün verilən bəyanatlardır. Çünki ABŞ İranın gələcəkdə nüvə silahı əldə etməməsi üçün müəyyən az faizli uranın zənginləşdirilməsi çərçivəsində fəaliyyət göstərir və bugünə qədər 80-90% ə qədər zənginləşdirilmiş uranın təhvil verilməsini istəyir ki, İranda bu yöndə razılıq verməyəcəyini bəyan edib. Eyni zamanda bu məsələlərin ətrafında bir çox bazarlıq predmetləri də gedir. Yəni ABŞ-nin İranla razılaşması üçün tələbləri çoxdur. Xüsusilə də Hizbullah və Həmas başda olmaqla proksi qüvvələrə yardımın birdəfəlik dayandırılması tələb olunur".
Politoloq İranın məsələyə necə yanaşacağından da danışıb: "Bəs İran bu yöndə güzəştə gedə bilərmi? Düşünürəm ki, özünümüdafiə üçün gedər. Ancaq hələlik bu məsələlər haqqında konkret hazırlığın olub olmaması haqqında məlumatlar mövcud deyil. Bu baxımdan əgər danışıqlar prosesi varsa, indiki vəziyyətdə ABŞ-İran-İsrail toqquşmasından danışmaq tezdir".
Ayhan Ağarzayev
18:17 25.04.2025
Oxunuş sayı: 661