"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu transfer edib
"Neftçi" basketbol klubu Azərbaycan millisinin hücumçusu Cəbrayıl Əkbərovu transfer edib.
Crossmedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 194 sm boya malik oyunçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
24 yaşlı basketbolçu sonuncu dəfə "Gəncə" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, C.Əkbərov Azərbaycan millisinin heyətində beynəlxalq yarışlarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində çıxış edib.
17:44 11.08.2026
Oxunuş sayı: 41