Kolumbiyada zəlzələdən sonra itkinlərin axtarışı davam edir
Kolumbiyanın qərbində güclü zəlzələdən sonra itkin düşən şəxslərin axtarışı davam edir. Təbii fəlakət nəticəsində 100-dən çox insan həyatını itirib.
Crossmedia.az xəbər verir ki, mənbə zəlzələdən sonra ölkənin qərbindəki onlarla şəhər və yaşayış məntəqəsində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Məlumata görə, xilasedicilər dağıntılar altında qalan və itkin düşən şəxslərin axtarışını həyata keçirirlər.
15:57 11.08.2026
Oxunuş sayı: 42