Dəməşqdəki partlayışda Suriya nazirinin müavini yaralanıb
Suriyanın paytaxtı Dəməşqdə baş verən iki partlayış nəticəsində ölkənin turizm nazirinin köməkçisi Fərəc əl-Kaşküş yüngül xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, partlayış zamanı daha 18 nəfər də yaralanıb.
Məlumata görə, Dəməşqin Şükri əl-Kuvatli küçəsində yerləşən Turizm Nazirliyinin binası yaxınlığında iki əldəqayırma partlayıcı qurğu işə düşüb.
Partlayıcılardan biri mülki avtomobildə, digəri isə zibil qutusunda yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik partlayışı törədən şəxslər və onların məqsədi barədə rəsmi məlumat açıqlanmayıb.
17:43 07.07.2026
Oxunuş sayı: 50