Ağ Ev Trampın İranla bağlı açıqlamasına münasibət bildirdi
Ağ Ev Trampın Los-Anceles və San-Diyeqo ilə bağlı açıqlamasından sonra yaranan reaksiyaları əsassız adlandırıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunun X sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
Çunq bildirib ki, ABŞ Prezidenti Donald Trampın sözləri ilə bağlı mediada yaranan “isterika”nın real əsası yoxdur. Onun sözlərinə görə, Tramp İranın nüvə dövləti olmasının qarşısı alınmadığı təqdirdə ABŞ şəhərlərinin təhlükə ilə üzləşə biləcəyini nəzərdə tutub.
Bundan əvvəl Tramp tərəfdarları qarşısında çıxışı zamanı İranla mümkün münaqişə fonunda Los-Anceles və San-Dieqonun İran tərəfindən məhv edilə biləcəyini istisna etməyib. ABŞ prezidenti bunu “ödənilməli çox kiçik qiymət” adlandırıb.
Trampın bu açıqlaması Kaliforniya qubernatoru Qavin Nyusom da daxil olmaqla bir sıra ştat rəhbərləri və şəhər merlərinin sərt reaksiyasına səbəb olub. Nyusom ABŞ prezidentini “çılğın və təhlükəli” adlandırıb.
20:07 06.10.2026
Oxunuş sayı: 53