İranda xarici işlər nazirinə qarşı ciddi ittihamlar irəli sürülüb
İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı təklif qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Təklifin təşəbbüskarlarından biri Əraqçini Nyu-Yorka səfəri zamanı İranın ali dini lideri Müctəba Xameneinin icazəsi olmadan ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham edib.
Nazirə qarşı irəli sürülən digər iddialar arasında “qırmızı xətlərin aşılması” və Vaşinqtonla danışıqlarda yol verilən səhvlər də yer alıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində İran nümayəndə heyətinin tərkibində olan iki iranlı diplomatı ölkədən çıxarıb. ABŞ tərəfi İran nümayəndə heyətinin “qonaqpərvərlikdən sui-istifadə etdiyini” bildirib.
Sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş zamanı Putin iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə sabit inkişaf etdiyini bildirib.
20:21 06.10.2026
Oxunuş sayı: 57