Azərbaycanın qlobal təsiri artır: Türk dünyasında Bakı mərkəzə çevrilir
Azərbaycan beynəlxalq siyasi və mədəni səhnədə türk dünyasının mövqeyinin gücləndirilməsində mühüm rol oynayıb.
Crossmedia.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib.
Onun sözlərinə görə, Bakı mühüm təşəbbüslərin mərkəzi kimi çıxış edir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideyalarına dəstək türk dünyasının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Raimkulova qeyd edib ki, Azərbaycan hazırda beynəlxalq diqqət mərkəzindədir. O, xüsusilə Qarabağ müharibəsində qələbədən sonra ölkənin səsinin həm türk dünyasında, həm də qlobal səviyyədə daha da gücləndiyini vurğulayıb.
Həmçinin bildirilib ki, rəhbərlik etdiyi fond yumşaq güc vasitəsi kimi çıxış edir, beynəlxalq tədbirlərdə fəal iştirak edir və türk xalqlarının ortaq mədəni və tarixi irsinin təbliğinə töhfə verir.
15:00 19.04.2026
Oxunuş sayı: 55