Türk Dövlətləri arasında koordinasiya hansı səviyyədədir?
Türk Dövlətləri Birliyi çərçivəsində dövlətlərarası əlaqələrin gücləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə layihə və əməkdaşlıq imkanlarının artırılması məsələləri son dövrlərdə diqqət mərkəzindədir.
Bu səylər dövlət başçıları tərəfindən yüksək səviyyədə təsdiqlənmiş
və gələcəkdə birgə layihələrin inkişafı üçün əsas yaradılmışdır.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Crossmedia.az-a açıqlama verib:
"Türk Dövlətləri Birliyi çərçivəsində əlaqələrin güclənməsi barəsində ən yüksək səviyyədə dövlət başçıları səviyyəsində bəyanatlar verilib.

Eyni zamanda təbii ki,
kommunikasiya və əlaqələrin bu məsələdə güclənməsi, güclənməsinə aid layihələr,
müştərək layihələr nəzərdə tutulur. Və bu baxımdan bu istiqamət də çox
perspektivlidir, yəni çox əhəmiyyətlidir.
Eyni zamanda, ikitərəfli əlaqələrdə
də hiss olunur ki, bir çox mövzularda ən yüksək səviyyədə koordinasiya elementləri
biz görürük. Hər halda ikitərəfli münasibətlərdə bu yaxınlaşma prosesləri var.
Yəni, əminəm ki, bu səfər də öz səviyyəsində baş vermiş səfər olaraq təbii ki,
öz töhfəsini verəcək".
Ayhan
13:00 09.04.2026
Oxunuş sayı: 538